Avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər gözlənilir

Avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər gözlənilir
  04 Fevral 2025    Oxunub:278
Toronto Universitetinin və Kaliforniya Texnologiya Universitetinin (Caltech) tədqiqatçıları süni intellekt (Sİ) və 3D çap texnologiyalarından istifadə edərək titandan beş dəfə güclü, eyni zamanda, son dərəcə yüngül yeni nanomaterial hazırlayıblar. Bu innovativ materialın aerokosmik sənayedə, avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər edə biləcəyi iddia olunur.
AzVision.az “Live Science” portalına istinadən bildirir ki, tədqiqatçılar əvvəlcə materialın potensial həndəsi quruluşunu simulyasiya edərək maşın öyrənmə alqoritminə ötürüblər. Alqoritm optimal dizaynları müəyyənləşdirərək yükdaşıma qabiliyyətini maksimuma çatdırıb və stress konsentrasiyasını azaldıb. Nəticədə 3D çapla istehsal edilən nanolatikalar hər kq/ m3 üçün 2,03 meqapaskal təzyiqə tab gətirə bilən misilsiz gücə malik olub.

Tədqiqatın həmmüəllifi, Toronto Universitetinin professoru Tobin Filleter bu materialın təyyarə, helikopter və kosmik gəmilərdə istifadəsinin uçuş zamanı yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azalda biləcəyini vurğulayıb. İlk müəllif, Caltech-in tədqiqatçısı Peter Serles isə bildirir ki, əgər təyyarələrdəki titan komponentlər bu yeni materialla əvəz olunsa, hər kiloqram üçün ildə 80 litr yanacağa qənaət etmək mümkündür.

Bu texnologiya avtomobil sənayesində də daha güclü və yüngül komponentlərin hazırlanmasına böyük töhfə verə bilər.

AzVision.az




Teqlər:   nanomaterial  





Xəbər lenti