Vaşinqton və Boqota razılığa gəldilər |
Trampın bu məsələyə nə dərəcədə prinsipial yanaşdığının sübutu özünü çox gözlətməyib. Son bir həftədə artıq yüzlərlə qeyri-leqal mühaciri ABŞ-dən Latın Amerikası ölkələrinə daşıyan təyyarə reysləri adi hala çevrilib. Bu müstəvidə hətta əvvəlcə müqavimət göstərməyə cəhd edən Kolumbiya hakimiyyəti Vaşinqtonun gömrük rüsumları barədə hədəsindən sonra “təslim” olmaq qərarına gəldi.
Sahil İsgəndərov
AzVision.az