Kaliforniya Trampa qarşı çıxır

   Kaliforniya Trampa qarşı çıxır
  04 Fevral 2025    Oxunub:245
(Kaliforniya qubernatoru Gevin Nyusom və Prezident Donald Tramp. 24 yanvar 2025-ci il)

Demokratların idarəsindəki Kaliforniya ştatının assambleyası Prezident Donald Trampın gözlənilməz qərarlarına qarşı müdafiə tədbirləri məqsədilə 50 milyon dollar ayırıb.
Məlumata görə, assambleyanın qərarında vurğulanan vəsaitin yarısı ştatın Ədliyyə Departamentinin federal hökumətə qarşı hüquqi mübarizə aparmasına, qalan yarısı isə deportasiya ilə üzləşən insanları qorumaq üçün hüquqi qrupların maliyyələşdirilməsinə yönəldiləcək.

Qərarın Kaliforniya qubernatoru Gevin Nyusom tərəfindən təsdiqlənməsi gözlənilir.

Qərara etiraz bildirən respublikaçıların fikrincə, bu addım meşə yanğınlarını və ştatda artan məişət problemlərini "unutdurmaq" məqsədi daşıyır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Kaliforniya   Tramp   etiraz  





Xəbər lenti