ABŞ Ukraynanın sərvətinə göz dikib

ABŞ Ukraynanın sərvətinə göz dikib
  04 Fevral 2025    Oxunub:241
ABŞ prezidenti Donald Tramp Ukraynadan nadir metallarına maraq göstərib. Onların birlikdə istehsalı ideyası Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi “qələbə planı”nda ehtiva olunub.
AzVision.azxəbər verir ki, Ukayna prezidentinin ofisindəki mənbə “RBK-Ukraina” informasiya portalına belə məlumat ötürüb.

“Bu, “qələbə planın”ın bir hissəsi idi. Bizim xüsusi ehtiyatlarımız var, o cümlədən nadir metallar ehtiyatları - uran, litium, titan və Rusiyanın bunu almaması vacibdir. Buna görə də Ukrayna prezidenti bunun xüsusi şəkildə qorunmasını və əsas tərəfdaşlarla xüsusi istifadə olunmasını təklif etdi”, - mənbə deyib.

Onun dəqiqləşdirməsinə görə, nadir yeraltı ehtiyatların ruslardan qorunmasını təmin etmək üçün ilk növbədə təhlükəsizlik zəmanəti lazımdır və Ukrayna prezidenti Volodimir Zelenski hələ payızda Donald Trampla görüşündə bu məsələni müzakirə edib.
Bundan əvvəl Donald Tramp Vaşinqtonun göstərdiyi maliyyə və hərbi yardım müqabilində ABŞ-nin Ukraynadan nadir metalların tədarükünə zəmanət verəcəyini gözlədiyini demişdi.

“Forbes” jurnalının yazdığına görə, Ukraynanın dəyəri 15 trilyon dollara çata bilən mineral ehtiyatlarının 70%-dən çoxu Donbass, Luqansk və Dnepropetrovsk vilayətlərində cəmləşib.


Lakin Almaniya kansleri Olaf Şolz Donald Trampın Ukraynadan nadir metalların alınması qarşılığında Kiyevə dəstək verilməsi ideyasını gözlənilmədən təndiq edib.

“Ukraynanın resurslarından müdafiə dəstəyini maliyyələşdirmək üçün istifadə etmək “çox eqoist, çox eqomərkəzçilik” olardı. Çünki bu resurslardan münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün istifadə olunmalıdır”, - “Tagesschau” nəşri Almaniya kanslerinin narazılığını əks etdirən açqıalmadan sitat gətirir.

Maraqlıdır ki, Olaf Şolz öz ölkəsinin zəngin yeraltı sərvətlərini “hərraca” çıxaran Ukrayna prezidentini yox, Donald Trampı hədəfə alır. Halbuki, Ukraynanı zorla Rusiya ilə uzunmüddətli müharibəyə sürükləyən kollektiv Qərb Kiyevin bu qarşıdurmada qalib gələ bilməyəcəyini və heç olmasa duruş gətirmək üçün son nəticədə öz təbii sərvətlərini xərcləməyə başlayacağını çox yaxşı anlayırdı.

Amma, görünür, Almaniya da daxil olmaqla, Avropa İttifaqıın (Aİ) bir sıra dövlətləri Ukraynanın resurslarının bölüşdürülməsində Vaşinqtonla müştərək “hərrac” formalaşdırmaq iddiasında idilər. Lakin uğurlu biznesmen olan və Aİ-nin özünü rüsumların tətbiqi ilə hədələyən Donald Tramp onların bu xəyallarını alt-üst edərək, isti aşlarına soyuq su qatıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   Şolz  





Xəbər lenti