Siyasətçi Trampın Rusiya lideri Vladimir Putinlə hələ də birbaşa əlaqə saxlamamasının səbəbini bu iki amil ilə əlaqələndirib.
NYT: “Tramp-Putin gündəliyində Ukrayna yeganə məsələ olmayacaq” |
Parlamentari xatırladıb ki, Moskva Trampın münasibətlərin qurulması ilə bağlı mövqeyinə hörmətlə yanaşdığını bəyan edib. Çünki o, heç nəyi məhv etmək istəmir. Onun sözlərinə görə, ABŞ prezidenti yaxşı dərk edir ki, Rusiya Vaşinqtonun güc dili ilə danışa biləcəyi düşmən ölkələrdən sayılmır.
Fevralın 3-də Tramp ABŞ-nin Rusiya və Ukrayna ilə təmaslar planlaşdırdığını açıqlamışdı.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin ABŞ-li həmkarı ilə görüşməyə, hər iki ölkəni maraqlandıran bütün məsələlər ətrafında müzakirə aparmağa hazır olduğunu söyləyib.
Tural Tağıyev
AzVision.az