Ukrayna ilə Polşa arasında Memorandum imzalanıb
Əməkdaşlıq məsələləri döyüş sursatı istehsalı, zirehli texnika və artilleriyaya texniki qulluq, hava hücumundan müdafiənin gücləndirilməsinə aiddir.
Bu kontekstdə Avropa Müdafiə Strategiyasında və Avropa Müdafiə Sənayesi Proqramında nəzərdə tutulmuş alətlərin və vəsaitlərin cəlb edilməsi üçün maliyyə mexanizmlərinin hazırlanması nəzərdə tutulur.
Memorandum Ukraynanın Strateji Sənaye Sahələri Nazirliyinin rəhbəri Qerman Smetaninin və Polşa Respublikası Müdafiə Nazirliyinin dövlət katibi Çezari Tomçikin iştirakı ilə imzalanıb.
“İki ölkənin məmurları və Polşa səfirliyinin rəsmiləri ilə yanaşı, müdafiə şirkətlərinin nümayəndələrinin də iştirak etdiyi ikitərəfli danışıqlar da baş tutub. Biz birgə layihələrin gedişatını müzakirə etdik, həmçinin əməkdaşlığın perspektiv istiqamətlərini, xüsusən də Ukraynada Polşanın müdafiə təyinatlı məmulatları istehsalının lokallaşdırılması, müştərək müəssisələrin yaradılması və partlayıcı maddələrin istehsalı sahəsində görüləcək işləri müəyyənləşdirdik”, - deyə nazirlik əlavə edib.
AzVision.az
Teqlər: