Çin “Google”a qarşı istintaq başladıb
“Çin Xalq Respublikasının anti-inhisar qanununu pozması ilə bağlı şübhələr yarandığından ÇXR-nın Bazarın Nizamlanması və Nəzarət Baş Dövlət İdarəsi “Google” şirkətinə qarşı istintaq başladıb”, - bəyanatda qeyd olunur.
Bəyanatda şirkətin konkret hansı qanunpozuntusuna yol verdiyi ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Çində adı çəkilən korporasiyanın “Gmail”, “Google Maps”, “Google Play” və “YouTube” xidmətləri bloklanıb.