USAID bütün işçilərini məzuniyyətə göndərir

   USAID bütün işçilərini məzuniyyətə göndərir
  05 Fevral 2025    Oxunub:292
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 7 fevral cümə günü yerli vaxtla saat 23:59-dan etibarən dünya üzrə bütün idarə və nümayəndəliklərdə çalışan işçiləri inzibati məzuniyyətə göndərəcək.
Bu barədə agentliyin saytında məlumat yerləşdirilib. Bildirilir ki, bu qərar kritik mövqelərdəki işçilərə, habelə xüsusi proqramların rəhbərləri və heyətinə aid deyil.

"ABŞ-dən kənarda xidmət göstərən işçilər üçün Dövlət Departamenti ilə koordinasiyalı şəkildə fəaliyyət planı hazırlanır. Həmin şəxslərin 30 gün ərzində ABŞ-yə ödənişsiz surətdə qaytarılmalarını həyata keçirəcək. Eyni zamanda, vacib sayılmayan vəzifələr üçün əmək müqavilələrinə xitam veriləcək. Tibbi ehtiyaclar, ailəvi problemlər, təhsil məsələləri ilə əlaqədar fərdi hallar üzrə istisnalar nəzərə alınacaq" , - məlumatda deyilir.
USAİD-in çöküşü erməni təşkilatlarında çaşqınlıq yaradıb

USAID 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək üçün yaradılmış təşkilatdır. Yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp USAID-in fəaliyyətini 90 gün müddətinə donduraraq, təşkilatın proqramlarına yenidən baxılmasına göstəriş verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   USAID   məzuniyyət  





Xəbər lenti