AzVision.az yerli mətbuatın yaydığı məlumata istinadən bildirir verir ki, ötən il oktyabrın 26-da keçirilən parlament seçkilərindən dərhal sonra müxalifət partiyaları - “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan”dan olan deputatlar öz səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı parlamentə bəyanat təqdim ediblər. Onlar öz qərarlarını hakimiyyətin seçkilərin nəticələrini “saxtalaşdırması” ilə əsaslandırıblar.
Parlamentdə 12 deputat mandatı qazanan keçmiş baş nazir Girogi Qaxariyanın rəhbəri olduğu “Gürcüstan naminə” partiyası istefa ərizəsi ilə parlamentə müraciət göndərməsə də, qanunvericilik orqanının fəaliyyətində iştirak etmir.
Sahil İsgəndərov
AzVision.az