"Maskın biosilahlardan çox az anlayışı var" - Onişenko

"Maskın biosilahlardan çox az anlayışı var"   - Onişenko
  05 Fevral 2025    Oxunub:295
ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından(ÜST) çıxmaq qərarı həm xəstəliklərin yayılmasında, həm də bu xəstəliklər haqqında məlumatların əldə edilməsində problemlər yaradacaq.
Bu fikri Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko deyib.

"Bizim üçün, peşəkar həkimlər üçün köhnə sistemi tamamilə hazırlıqsız halda məhv etmək yanlışlıqdır. Hansı ki, yeni bir şey də yaradılmır. Zahirən bu, Trampın elan etdiyi paradiqmaya bənzəyir: “Gəlin öz iqtisadiyyatımızla məşğul olaq vəssalam! Qalan şeylər daha bizi maraqlandırmır". Hərçənd, İlon Mask da yaxşı iş adamı sayılır. Lakin onun bioloji silahlardan çox az anlayışı var. ÜST qlobal Bioloji və Toksin Silahlar Konvensiyasının olduqca mühüm hissəsi sayılır. Yalnız müəyyən bir patogeni öyrənən tibb mütəxəssisləri bunun təbii bir təzahür və ya qəsdən olub olmadığını deyə bilərlər", - akademik deyib.

Qeyd edək ki, ÜST-dən çıxmaq qərarı Donald Trampın ABŞ prezidenti vəzifəsinin icrasına başlamasından sonra imzaladığı ilk fərmanlardan biri olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti