Daha bir təyyarə Qazaxıstanda sərt eniş etdi
Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub.
Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər. Ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
AzVision.az
Teqlər: