Zelenski: "Torpaqlarımızı diplomatik yolla qaytaracağıq"

 Zelenski: "Torpaqlarımızı  diplomatik yolla  qaytaracağıq"
  17 Fevral 2025    Oxunub:1482
Kiyev itirilmiş torpaqlarını heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, ancaq NATO-ya daxil olarsa, diplomatik yolla geri qaytaracaq.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski NBC News-a müsahibəsində belə deyib.

Aparıcı, əvvəlcə Ukrayna prezidentinə ABŞ prezidenti Donald Trampın itirilmiş ərazilərin suverenliyinin bərpasının mümkünsüzlüyü ilə bağlı fikirlərini xatırladıb.

-ABŞ prezidenti Donald Tramp çərşənbə günü qeyd etdi ki, Rusiyanın 2014-cü ildən bu yana tutduğu torpaqların hamısının Ukraynaya qaytarılması ehtimalı azdır. Deyə bilərsinizmi ki, siz qırğınlara son qoymaq naminə suveren torpaqların bir hissəsini güzəştə getməyə hazırsınız? - deyə, jurnalist sual verib.

Volodimir Zelenski cavab olaraq bildirib ki, Ukrayna işğal altındakı ərazilərindən hüquqi olaraq vaz keçməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.

- Heç vaxt! Bu, müzakirə mövzusu deyil. İşğal altındakı torpaqlarımızı, hətta Krımı belə Rusiya kimi tanımayacağıq! Ukraynanın olan Ukraynanındır! Bilmirəm nə vaxt, amma biz torpaqları diplomatik yolla qaytarmalıyıq. Bəli, bacararıq! Əgər biz NATO-dayıqsa, aydındır ki, niyə məhz diplomatik yolla! -, Ukrayna prezidenti deyib.

Zelenski həmçinin əmindir ki, Ukrayna münaqişədə hərbi yolla qalib gələ bilər, “amma itkilər çox olacaq".

"Əgər yardım göndərməsələr, dəstəkləməsələr, çətin olacaq, çox vaxt aparacaq" deyən Ukrayna lideri tərəfdaşlarından ölkəsinin təhlükəsizliyi üçün zəmanət də istəyib.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti