Gürcüstanın keçmiş baş nazirinə yumurta atdılar - VİDEO

   Gürcüstanın keçmiş baş nazirinə yumurta atdılar    - VİDEO
  17 Fevral 2025    Oxunub:942
Gürcüstanın tanınmış siyasətçilərindən olan Georgi Qaxariya arzuolunmaz halla üzləşib.
"Sputnik Qruziya"nın yaydığı məlumata görə, “Gürcüstan naminə” müxalifət partiyasının liderinə yumurta atılıb. İnsident siyasətçi Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra Tbilisi hava limanında baş verib.

Hadisə ilə bağlı yayılan videoda Qaxariya xarici agent və vətən xaini adlandırılır. Siyasətçinin əleyhdarları onu ittiham edərək deyiblər: “indi Avropada dilənçiliklə məşğul olursunuz. Çünki USAİD layihələrini dayandırıb”.

“Gürcüstan naminə” partiyası həmin vaxt hadisə yerində olan polis əməkdaşlarını hərəkətsizlikdə ittiham edib.

Qeyd edək ki, Qaxariya Gürcüstanın keçmiş baş naziri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti