Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir

   Zelenski ABŞ-Rusiya danışıqlarını tanımaq istəmir
  17 Fevral 2025    Oxunub:898
Kiyev Səudiyyə Ərəbistanındakı danışıqlar barədə heç nə bilmirdi və onları tanımayacaq.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə bəyanatla çıxış edib.

“Ukrayna iştirak etməyəcək. Ukrayna bu barədə heç nə bilmirdi. Kiyev isə Ukraynasız Ukrayna ilə bağlı istənilən danışıqları nəticəsiz sayır və biz olmadan bizim haqqımızda heç bir şeyi və ya hər hansı razılaşmaları tanıya bilmərik. Biz belə razılaşmaları tanımırıq”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, bu danışıqlarda ikitərəfli yol var və onların ikitərəfli sualları mövcuddursa, varsa, bunu etmək hüquqları var. Onun sözlərinə görə, bu barədə əvvəllər də danışıblar, ancaq indi açıq şəkildə danışmağa başlayıblar.

Zelenski Səudiyyə Ərəbistanına gedir
Zelenski, həmçinin iddia edib ki, onun sabah Səudiyyə Ərəbistanına baş tutacaq rəsmi səfərinin “ABŞ və Rusiya nümayəndələri səviyyəsində Ər-Riyadda baş verənlərlə heç bir əlaqəsi yoxdur.

Bundan əvvəl Valdimir Putinin köməkçisi Yuri Uşakov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ nümayəndələri ilə görüşmək üçün bu gün Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilirdi. Görüş sabah baş tutacaq və Rusiya-Amerika münasibətlərinin bərpasına, eləcə də Ukrayna üzrə mümkün danışıqların hazırlanmasına həsr olunacaq.

Eyni zamanda, Almaniyanın Xarici İşlər nazirliyinin nümayəndəsi Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı danışıqların heç bir mənası olmadığını diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   danəşəqlar   tanımamaq  





Xəbər lenti