ABŞ-nin güzəştləri Ər-Riyad danışıqlarından əvvəl ortaya çıxıb

   ABŞ-nin güzəştləri Ər-Riyad danışıqlarından əvvəl ortaya çıxıb
  18 Fevral 2025    Oxunub:695
Birləşmiş Ştatlar hələ Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiyaya əhəmiyyətli güzəştlər edib.
Ağ Ev Kiyevin NATO-ya gedən yolunu bağlayıb. Bu fikirlər Britaniyanın “Financial Times” qəzetində dərc olunan məqalədəndir.

“Görünür bu dəfə ABŞ hələ danışıqlar başlamamışdan əvvəl Putinə ciddi güzəştlər edib”, - nəşr yazıb.

Starmer Trampdan sülhməramlılarla bağlı dəstək istəyir - "Reuters"
Qeyd olunub ki, ABŞ Ukraynanın NATO-ya daxil olmaq və itirilmiş ərazilər üzərində nəzarəti bərpa etmək istəyini faktiki olaraq rədd edib.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, gələcəkdə Ukrayna hərbsizləşdirilmiş dövlətə çevrilməli, heç bir blok və ya ittifaqlara qoşulmamalıdır.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında ABŞ-Rusiya dialoqu başlayıb.

ABŞ-ni dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov və prezident Putinin köməkçisi Yuri Uşakov təmsil edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Rusiya  





Xəbər lenti