Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır

      Peskov:    Putin Zelenski ilə danışıqlara hazırdır
  18 Fevral 2025    Oxunub:685
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara hazırdır.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin özü də dəfələrlə bildirib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq. Eyni zamanda, müqavilələrin hüquqi qeydiyyatı ciddi müzakirə mövzusudur", - deyə o qeyd edib.

Qeyd edək ki, Ukrayna konstitusiyasında hərbi vəziyyət dövründə prezident seçkilərinin təxirə salınması nəzərdə tutulmayıb, ona görə də Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Odur ki, Putin çox zaman Zelenskinin qeyri-legitimliyinə diqqət çəkir.

AzVision.az


Teqlər:





Xəbər lenti