Paşinyan Abisoqomonyana vəzifə verdi

Paşinyan Abisoqomonyana vəzifə verdi
  18 Fevral 2025    Oxunub:631
Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərliyində dəyişiklik olub.
Robert Abisoqomonyan xarici işlər nazirinin yeni müavini təyin edilib. Bu barədə qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd edək ki, Abisoqomonyan bundan əvvəl xarici işlər nazirinin müşaviri vəzifəsində çalışıb. O, xarici işlər naziri Ararat Mirzoyanın dördüncü müavini kimi çalışacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti