Forbes: “Rusiyanın uğursuzluğu Kiyevə şans verir”

“Cəmi iki həftə əvvəl ruslar təşəbbüsə malik idilər. Onlar Ukrayna Silahlı Qüvvələrini (USQ) Velikaya Novosilkidən çıxardılar və Zaporojye vilayəti ilə sərhəddə sıçrayış əldə etməyə hazır idilər. Ancaq Rusiyanın sıçrayışı indi çətin görünür. Ruslar həmçinin ciddi qoşun və texnika çatışmazlığı ilə üzləşirlər ki, bu da onları öz hücumlarında prioritetlərə yenidən baxmağa məcbur edir”, - bildirir.
Ukraynanın Müdafiə Startegiyaları mərkəzinin də hesabatına görə, lazımi qoşunları, vasitələri və resursları olmayan düşmənin Zaporojye və ya Dnepropetrovsk bölgələrinə soxula bilməyəcəyi vurğulanır. Nəticədə, Ukraynanın cənub cəbhəsini dağıdılması və Zaporojyeyə doğru irəliləmək planı mümkün deyil.
Devid Aks bildirir ki, eyni zamanda, Rusiyanın Ukraynanın cənub-şərqindəki hücumunun tükənməsi Kreml üçün təhlükəli vaxta təsadüf edir. Çünki danışıqlardan əvvəl Rusiya Ukraynada müharibənin dayandırılması müqabilində böyük ərazi güzəştləri tələb etmək üçün ən güclü mövqedə olmalıdır.
Lakin Rusiya Ukraynadakı döyüş meydanında qalib gəlmir. Rus qoşunlarının uğur qazandığı yerlərdə irəliləmələr adətən metrlərlə ölçülür və onlarla əsgəri olan bütün piyada bölmələrinin itirilməsi bahasına başa gələ bilər.
Analitik Endryu Perpetuanın iddiasına görə, Rusiya ordusu obyektiv şəkildə uğursuzluğa düçar olub. Onların bu uğursuzluğu bərpa etməyə isə gücləri yoxdur və Rusiya bu müharibədə döyüş meydanında qalib gələ bilməz. Amma Ukraynanın bütün 2025-ci il və 2026-cı ilin bir hissəsi ərzində müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulu var.
Onun fikrincə, ukraynalılar 2025-ci ilin böyük hissəsində müharibəni davam etdirmək üçün kifayət qədər silah və sursata malikdirlər və digər ölkələrin köməyi ilə bütün il boyu problemsiz döyüşə biləcəklər.
- Beləliklə, əsgərlərinin hər gün yüzlərlə rusu öldürməsi və şikəst etməsi fonunda Zelenski Trampa nəzakətlə “yox” deyə bilər. Zelenski Ukrayna üçün həqiqətən sərfəli olacaq dinc şərtləri gözləyə bilər”, - Devid Aks vurğulayır.
O, hesab edir ki, Zelenskiyə Trampa təsir rıçaqlarını verən budur, çünki Tramp Ukraynaya sülh gətirən adam kimi tanınmaq istəyir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: "Forbes" Rusiya Ukrayna şans