Vatikan: "Papa ağır xəstədir"

   Vatikan:    "Papa ağır xəstədir"
  19 Fevral 2025    Oxunub:556
266-cı Roma Papası, 88 yaşlı Fransiskin hər iki ağciyərində pnevmoniya aşkarlanıb, infeksiyaya qarşı immuniteti xeyli zəifləyib.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Papa Fransisk ötən cümə Roma şəhərindəki "Gemelli" Xəstəxanasına yerləşdirilib. Müayinə və testlərin nəticəsinə əsasən, onun ağciyərlərində həmçinin astmatik bronxit əmələ gəlib.

"Bu xəstəliyin müalicəsi üçün kortizon antibiotik müalicəsi lazımdır. Müqəddəs Atanın vəziyyəti kompleks şəkildə ağırdır. O, virusların, bakteriyaların və ehtimal ki, digər orqanizmlərin bir-birinə qarışdığı polimikrobial tənəffüs yolları infeksiyasından əziyyət çəkir. Kompüter tomoqrafiyası nəticəsində müəyyənləşdi ki, Müqəddəs Atada ikitərəfli pnevmoniya başlayıb", - məlumatda deyilir.

Vatikanın sözçüsü Matteo Bruninin sözlərinə görə, gənc yaşlarında sağ ağciyərinin yuxarı hissəsi əməliyyatla çıxarılmış Papa, bu vəziyyətə baxmayaraq, yaxşı əhval-ruhiyyədədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Vatikan   papa   xəstəlik  





Xəbər lenti