Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı

Diplomatlarımıza qarşı terror aktları törədilə bilər    - Rusiya kəşfiyyatı
  19 Fevral 2025    Oxunub:509
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu diqqət çəkən məlumat yayıb.
Kəşfiyyatçıların məlumatına görə, Ukrayna danışıqları pozmaq istəyir. Bunun üçün variantlardan biri kimi Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinə qarşı silsilə terror aktlarının həyata keçirilməsi nəzərdən keçirilir.

Tramp: "Kiyev danışıqlar aparmaq istəyirsə, seçkilər keçirməlidir"
Bəyanatda qeyd edilib ki, bu barədə Avropada aidiyyəti qurumlar da məlumatlıdırlar: "Ukraynanın Almaniya, Baltikyanı və Skandinaviyada analoji hücumlara cəhd etməsi ehtimalı yüksəkdir".

Kəşfiyyat xidmətinin məlumatına görə, Kiyevin Slovakiya və Macarıstanda terror aktları törətməyə cəhd etməsi də mümkündür.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kəşfiyyat   Ukrayna  





Xəbər lenti