Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir

Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.
Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu və “Hizbullah” atəşkəs sazişi bağlayaraq hərbi əməliyyatları dayandırıb və buna əsasən İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək, ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verəcək.
AzVision.az
Teqlər: