Tusk Kiyevin məğlubiyyətinin nəticələrindən yazıb

“Ukraynanın məcburi təslim olması bütün Qərb ictimaiyyətinin kapitulyasiyası demək olardı. Bu faktdan irəli gələn bütün nəticələr nəzərə alınmaqla və qoy heç kim bunu başa düşmədiyini iddia etməsin”, - Donald Tusk yazıb.
Xatırladaq ki, fevralın 15-də Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında Aİ ölkələrini əsası Ukrayna ordusu ola biləcək “Avropa silahlı qüvvələri” yaratmağa çağırıb. ABŞ-nin Avropa ölkələrinə hərbi dəstəkdən imtina edə biləcəyini istisna etməyən Ukrayna prezidenti Rusiyanın NATO ölkələrinə hücumu təhlükəsini gündəmə gətirib. Halbuki, Moskva Şimali Atlantika Alyansı ilə döyüşmək niyyətində olmadığını dəfələrlə vurğulayıb.
Eyni zamanda, “Associated Press (AP)” agentliyinin iddiasına görə, Avropa artıq Ukraynaya göndərilməsi üçün Avropa qüvvələrinin birgə qrupunun yaradılması ilə bağlı gizli danışıqlar aparır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tusk Ukrayna məğlubiyyət