Zelenskiyə yalançı deyən Rubio onu ölkəni tərk etməyə çağırdı

  Zelenskiyə yalançı deyən Rubio onu ölkəni tərk etməyə çağırdı
  21 Fevral 2025    Oxunub:413
ABŞ dövlət katibi Marko Rubio diqqət çəkən açıqlamalar verib.
Vaşinqton rəsmisi jurnalist Ketrin Herricə müsahibəsində deyib ki, Vladimir Zelenski yalan danışıb. Çünki o, ABŞ-nin təklif etdiyi "mineral sövdələşməsi"ni qəbul etmədiyini söyləyir.

Tramp: "Zelenski diktatordur"
Rubio iddia edib ki, Zelenski əslində "mineral sövdələşməsi" adı verilən məlum mühüm iqtisadi sənədin imzalanması ilə razılaşıbmış. Lakin siyasətçi amerikalılara bunun “qanunvericilik prosesindən” keçirilməsinin lazım olduğunu bildirib.

"İki gün sonra mətbuatdan oxudum ki, Zelenski sövdələşməni rədd etdiyini deyib. O, "Biz heç bir halda bunu etməyəcəyik" söyləyib. Amma heç də hər şey belə olmayıb...", - Rubio qeyd edib.

Həmçinin "New York Post" da Rubionun Ukrayna liderinə mənfi münasibətinə dair diqqət çəkən yazı dərc edib. Nəşr mənbəsinə istinadən yazıb ki, prezident Trampa yaxın olan məmurlar, o cümlədən Rubio Vladimir Zelenskinin Ukraynanı dərhal tərk etməyə çağırıblar.

Son günlər ABŞ lideri Donald Tramp da Zelenskinin ünvanına sərt fikirlər səsləndirir. O, özünün "Truth" hesabında yazıb ki, Zelenski qalib gələ bilməyəcəyi müharibədən ötrü ABŞ-ni 350 milyard dollar ayırmağa inandıran ortabab gülüş ustasıdır.

Siyasətçi vurğulayıb ki, Zelenski "məhz öz maddi mənfəəti xatirinə Rusiya ilə münaqişəni dayandırmaq istəmir".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   ABŞ  





Xəbər lenti