Radada ABŞ-nin Kiyevə silah satışını dayandırması təsdiqləndi

   Radada ABŞ-nin Kiyevə silah satışını dayandırması təsdiqləndi
  21 Fevral 2025    Oxunub:456
ABŞ-nin Ukraynaya silah satışını dayandırması ilə bağlı məlumatlar doğrudur.
Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram kanalında paylaşım edib.

“Roman Kostenkonun dünənki bəyanatı tamamilə doğrudur. Amerika şirkətləri də bu faktı şəxsən mənə təsdiqləyiblər", - o yazıb.

Zelenskiyə yalançı deyən Rubio onu ölkəni tərk etməyə çağırdı
Bundan əvvəl Ali Radanın Müdafiə Komitəsinin rəhbəri Roman Kostenko bəyan etmişdi ki, ABŞ Ukraynaya silah satışını dayandırıb.

Qeyd edək ki, Zelenski ilə Tramp arasında soyuq münasibətlər yaranıb. ABŞ prezidenti ukraynalı həmkarını hətta diktator adlandırıb və onu seçkiləri keçirməməkdə ittiham edib. Ağ Ev rəhbərinin iddiasına görə, Zelenskinin reytinqi cəmi 4 faizdir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Silah  





Xəbər lenti