ABŞ BMT-dən çıxmağa hazırlaşır

      ABŞ BMT-dən çıxmağa hazırlaşır
  21 Fevral 2025    Oxunub:404
Respublikaçı konqresmenlər ABŞ-nin BMT və onun tabeliyindəki qurumlarında üzvlüyünü, həmçinin təşkilatın agentliklərinin maliyyələşdirilməsini dayandıran “2025-ci il BMT-nin tam dağıdılmasından imtina Qanunu” adlı qanun layihəsi təqdim ediblər.
AzVision.az xəbər verir ki, Amerikanın “Fox News” telekanalı belə məlumat yayımlayıb.

“BMT zalımların platformasına, ABŞ və onun müttəfiqlərinə hücum yerinə çevrilib. Biz bunun üçün pul ödəməyi dayandırmalıyıq. Prezident Donald Tramp Amerikanı birinci yerə qoyaraq xarici siyasətimizdə inqilab etdiyi üçün biz ölkəmizi təhlükəsiz saxlayan real ittifaqlara üstünlük vermək üçün bu saxta təşkilatı tərk etməliyik”, - senator Mayk Li bildirib.

Təşəbbüsü qanunverici orqanın aşağı palatasına təqdim etmək niyyətində olan ABŞ Nümayəndələr Palatasının üzvü Çip Roy, öz növbəsində, BMT-ni fəaliyyətsizliyinə görə tənqid edib. Onun sözlərinə görə, BMT-yə yatırılan pullara baxmayaraq, “bu korrupsioner və qlobalist təşkilat” onilliklər ərzində müharibələrin, soyqırımların, insan hüquqlarının pozulmasının və hətta pandemiyaların qarşısını ala bilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   BMT   çıxmaq  





Xəbər lenti