Rusiya kəşfiyyatı Berlinə terror planları barədə məlumat ötürüb

   Rusiya kəşfiyyatı Berlinə terror planları barədə məlumat ötürüb
  21 Fevral 2025    Oxunub:393
Rusiyanının Xarici Kəşfiyyat Xidməti (SVR) Almaniyanın hüquq-mühafizə orqanlarına məlumat ötürüb. Buna səbəb Ukraynanın Rusiya diplomatik qurumlarına qarşı terror aktları planlaşdırması olub.
Bu barədə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev məlumat yayıb.

Diplomatlarımıza qarşı terror aktları törədilə bilər - Rusiya kəşfiyyatı
“Həm bizim tərəfimizdən, həm də bu siqnallardan xəbərdar olan Almaniya hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür”, - Rusiyanın Almaniyadakı diplomatik missiyasının rəhbəri deyib.

Xatırladaq ki, fevralın 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu diqqət çəkən məlumat yaymışdı.
Kəşfiyyatçıların məlumatına görə, Ukrayna danışıqları pozmaq istəyir. Bunun üçün variantlardan biri kimi Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinə qarşı silsilə terror aktlarının həyata keçirilməsi nəzərdən keçirilir.

Bu açıqlamadan sonra Rusiyanın Norveçdəki səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib və ölkə polisinə sorğu göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Almaniya   Terror  





Xəbər lenti