Rusiya qalib gəldiyini elan etməyə hazırlaşır

“Rusiya təbliğatçılarına işğalın ildönümündə “qələbə” gündəliyini təbliğ etmək tapşırılıb”, - açıqlamada deyilir.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) iddiasına görə, Rusiyanın informasiya kampaniyası Ukrayna cəmiyyətində ümidsizlik yaratmaq; Ukrayna daxilində vəziyyətin sabitliyinin pozulması; məqsədlərini güdür.
Kritik hərbi yardım göstərən tərəfdaş dövlətlər arasında Ukraynanı nüfuzdan salmaq.
Bundan başqa, Rusiyanın əsas ideologemləri arasında
“Qərb Ukraynaya xəyanət etdi”;
“Avropalıların və ukraynalılalrın fikirləri nə Moskvanı, nə də Vaşinqtonu maraqlandırır”;
“ABŞ və Rusiya Ukraynanın arxasında hər şeydə razılığa gəliblər”;
“Ukrayna hökuməti qeyri-legitimdir”; “Ukrayna ordusu cəbhədə uduzur”;
“Ukraynadakı korrupsioner məmurlar Amerika yardımından milyardlarla dollar oğurlayırlar”
kimi təbliğat şüarları yer alıb.
Ukrayna kəşfiyyatı iddia edir ki, bu kampaniya çərçivəsində Rusiyanın xüsusi xidmət orqanları Ukraynanın Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarına qarşı informasiya hücumu həyata keçirir və onları “sülhün düşməni” adlandırır.
Sahil İsgəndərov
AzVision.az