Sky News: “Uitkoff Putinlə dostlaşıb”

      Sky News:    “Uitkoff Putinlə dostlaşıb”
  21 Fevral 2025    Oxunub:384
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə “dostluq münasibətləri” olduğunu bildirib.
AzVision.az xəbər verir ki, “Sky News” telekanalının yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Mayamidə təşkil etdiyi investisiya forumunda Stiv Uitkoff ABŞ vətəndaşı Mark Fogelin azad edilməsi üçün Moskvaya getdiyini bildirib.

“Putinlə çox vaxt keçirdim. Onunla danışdım, dostluq və münasibətlər qurdum”, - Uitkoff deyib.

Telekanalın iddiasına görə, Pensilvaniyadan olan müəllim Mark Fogelin ABŞ-yə qayıtması üçün Uitkoffun Moskvaya gizli səfəri Tramp administrasiyası ilə Kreml arasında münasibətlərin kəskin şəkildə dəyişmiş dinamikasında əsas məqama çevrilir.

“İlk növbədə, prezident Tramp məni dəstəklədi və bu çox vacibdir. İkincisi, bizim səudiyyəlilərlə çox yaxşı münasibətlərimiz var. Bizi əmin etdilər ki, bu, realdır. Bu, mənim səfər etməyimə səbəb oldu. Getdim və bu, gözəl səyahət idi”, - ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uitkoff   Putin   dostluq  





Xəbər lenti