Trampın nümayəndəsi Zelenskini təriflədi

Trampın nümayəndəsi Zelenskini təriflədi
  21 Fevral 2025    Oxunub:473
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini mübariz və cəsur lider adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Kelloq “X”də paylaşım edib.

Kelloq bildirib ki, “Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə müzakirələr geniş və müsbət olub”.

Qeyd edək ki, Donald Tramp Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb.


Teqlər:





Xəbər lenti