Qorxulu yuxuları həkimə danışın

// Qarabasmalar Parkinson xəstəliyi haqqında siqnal verə bilər

   Qorxulu yuxuları həkimə danışın
  21 Fevral 2025    Oxunub:537
Qorxulu yuxuların çoxalması kişilərdə Parkinson xəstəliyinin ilkin siqnalları ola bilər. 3818 nəfərin üzərində 12 il müşahidə aparandan sonra alimlər bu qənaətə gəliblər.
Müşahidələr göstərib ki, tez-tez qorxulu yuxular görən şəxslərdə Parkinson xəstəliyinin yaranması riski iki dəfə yuxarıdır.

Qeyd edək ki, Parkinson xəstəliyinə qarşı mübarizədə onun erkən diaqnostikası vacib rol oynayır. Çox vaxt diaqnoz qoyulana qədər pasiyentlərin 60-80 faizinin beynində dofamin istehsal edən hüceyrələr ölmüş olur. İndi isə qorxulu yuxular vaxtında diaqnoz qoymaqda həkimlərə kömək ola bilər. Əlbəttə ki, pasiyent bu haqda mütləq məlumat verməlidir.

O da maraqlıdır ki, Parkinson xəstəliyi olan kişilərdə qarabasmalar qadınlara nisbətən daha qorxulu alınır. Bunun səbəbləri məlum deyil. Qadınlar erkən yaşlarda daha çox qarabasma görürlər. Kişilərdə isə bu hallar 65 yaşdan sonra çoxalır. Ehtimal edilir ki, bunun səbəbi beyinin alın payında gedən neyrodegenerativ dəyişikliklərlə bağlıdır. Çünki yuxunun emosional nizamlanmasına məhz həmin zona cavabdehdir.

Samir Quliyev
AzVision.az


Teqlər: Elm   Tibb   Parkinson  





Xəbər lenti