“Konklav” gildiyanın əsas mükafatına layiq görüldü

“Konklav” gildiyanın əsas mükafatına layiq görüldü
  24 Fevral 2025    Oxunub:559
Rejissor Edvard Bergerin çəkdiyi "Konklav" filmi ABŞ Kinoaktyorlar Gildiyası Mükafatını(Screen Actors Guild Awards) qazanıb. Film ən yaxşı aktyor heyətinə görə belə bir dəyər görüb.
AzVision.az xəbər verir ki, bu barədə gildiyanın rəsmi saytı məlumat yayıb.

Stiven Kinq "Oskar"ı boykot etdiyini açıqladı
Bu kateqoriya üzrə mükafata namizəd kimi Şon Beykerin "Anora" (2024), Jak Audiardın "Emilia Peres" (2024), Ceyms Manqoldun "Bob Dilan: Heç kimə məlum olmayan" (2024) və Con Çunun "Wicked: I Part" adlı (2024) filmlər olub.

Keçən il gildiyanın ən nüfuzlu mükafatı Kristofer Nolanın bioqrafiya xarakterli dramı olan "Oppenheymer"ə verilmişdi. Film daha sonra "Oskar"da ilin ən yaxşı filmi nominasiyasında qalib olmuşdu.

1933-cü ildə yaradılmış gildiya ABŞ-də kino, televiziya və digər sənaye işçilərinin maraqlarını təmsil edir. Mükafatlar isə təşkilat tərəfindən 1995-ci ildə təsis edilib. O vaxtdan bəri hər il mərasimlər keçirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Kino  





Xəbər lenti