Timoti "ən yaxşı kişi rolu"na layiq görüldü

Timoti "ən yaxşı kişi rolu"na layiq görüldü
  24 Fevral 2025    Oxunub:474
Aktyor Timoti Şalame ABŞ Kinoaktyorlar Gildiyasının (Screen Actors Guild) "ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafata layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə gildiyanın saytında məlumat verilib. Sayca 31-ci olan mərasim Los-Ancelesdə keçirilib. Bütün dünyada maraqla izlənilən tədbir Netflix-də yayımlanıb.

“Konklav” gildiyanın əsas mükafatına layiq görüldü
Fransız əsilli amerikalı aktyor mükafatı "Bob Dilan: Heç kimə məlum olmayan" (2024) adlı filmdəki roluna görə qazanıb.

Bu kateqoriya üzrə həmçinin "The Brutalist"dəki (2024) roluna görə Adriyan Broudi, "Queer"ə(2024) görə Daniel Kreyq, "Sing-Sing" (2023) filmindəki obraza görə Kolman Dominqo və "Conclave"dakı (2024) rolu üçün Ralf Fayns mükafata namizəd olublar.

Keçən il Kristofer Nolanın "Oppenheimer" adlı dramında (2023) rol almış irlandiyalı aktyor Kilian Mörfi ən yaxşı kişi roluna layiq görülmüşdü. O, daha sonra bu rola görə "Oskar"ı da qazandı.

1933-cü ildə yaradılmış gildiya ABŞ-də kino, televiziya və digər sənaye işçilərinin maraqlarını təmsil edir. Mükafatlar isə təşkilat tərəfindən 1995-ci ildə təsis edilib. O vaxtdan bəri hər il mərasimlər keçirilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Kino   ABŞ   Mükafat  





Xəbər lenti