"The Times" Makron və Starmerin "Tramp planı"nı açıqladı

   "The Times" Makron və Starmerin "Tramp planı"nı açıqladı
  24 Fevral 2025    Oxunub:532
Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Ağ Ev rəhbəri Donald Trampla görüşərək onu Rusiya ilə ikitərəfli danışıqlara son qoymağa razı salmağa çalışacaqlar.
Bu fikirlər Britaniyanın “The Times” qəzetində dərc olunan məqalədəndir.

Fransa və Britaniya Ukraynaya 30 min hərbçi göndərmək istəyir
Müəllif xatırladıb ki, Keyr Starmer və prezident Makron bu həftə prezident Trampla görüşəcək: "Hər iki siyasətçi Ukrayna ilə bağlı vahid və razılaşdırılmış xüsusi mesajı Ağ Ev rəhbərinə çatdırmaq barədə razılığa gəlib”.

Nəşrin yazdığına görə, Fransa və Böyük Britaniya liderləri Trampa Avropa hərbi qüvvələrinin köməyi ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi planını da təklif edəcəklər.

Bir gün əvvəl “The Wall Street Journal” (WSJ) da oxşar mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Öz mənbələrinə istinad edən nəşr yazıb ki, Britaniya və Fransa hakimiyyəti Ukraynaya 30 minə qədər sülhməramlı göndərmək perspektivini araşdırır. WSJ mənbələri qeyd edib ki, bu ölkələr öz qoşunlarını real təhdidlərdən qorumaq üçün Amerikanın hərbi potensialından istifadə etmək istəyirlər. Bu məqsədlə Avropada olan Amerika hava hücumundan müdafiə sistemlərindən istifadə oluna bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Tramp   ABŞ   Ukrayna   Plan  





Xəbər lenti