The Economist: “Kiyev 100 illərlə təzminat ödəyəcək”

      The Economist:    “Kiyev 100 illərlə təzminat ödəyəcək”
  24 Fevral 2025    Oxunub:458
ABŞ prezidenti Donald Trampın administrasiyasının təklif etdiyi mineral sövdələşməni imzalayacağı halda, Ukrayna hərbi yardıma görə yüz illərlə Vaşinqtona təzminat ödəməyə məcbur olacaq.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “The Economist” jurnalı belə məlumat yayıb.

Müqavilənin son layihəsinə əsasən, Ukrayna təbii ehtiyatlar və liman infrastrukturundan gələcək dövlət gəlirlərinin 50%-ni 500 milyard dollara çatana qədər ABŞ hökumətinə məxsus yeni investisiya fonduna köçürməli idi. Dövlət gəlirlərinin indiki artım tempi ilə fondun doldurulması yüz illərlə vaxt aparacaq.

“Əgər biz müqaviləni bu formada imzalasaq, o zaman sabah bizi ofisdən qovacaqlar və qəzəbli kütlə bizi linç edəcək”, - ukraynalı məmurlardan biri deyib.

Nəşrin yazdığına görə, son təklifin arxasında ABŞ-nin ticarət naziri Hovard Lutnik dayanır. Bu versiyadakı razılaşmanın “kiçik, yoxsul ölkə üçün böyük bir yük” olacağı iddia edilir. Çünki söhbət “Ukraynanın ÜDM-indən iki dəfə çox olan məbləğdən" gedir.

Materialın müəlliflərinin fikrincə, Kiyev hakimiyyəti birinci təklifi qəbul etməkdən boyun qaçırdıqdan sonra Tramp administrasiyasının bilərəkdən daha sərt şərtlər irəli sürdüyü ehtimalı istisna deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   təzminat  





Xəbər lenti