Kallas: "Aİ və Kiyevsiz sülh sazişi reallaşmayacaq"

      Kallas:    "Aİ və Kiyevsiz sülh sazişi reallaşmayacaq"
  24 Fevral 2025    Oxunub:484
ABŞ-Rusiya sülh sazişi Avropa İttifaqı (Aİ) və Ukrayna tərəfindən dəstəklənməyincə nəticə verməyəcək.
Xarici KİV-in yaydığı məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşünə qatılarkən deyib.

O vurğulayıb ki, Avropa və Ukrayna da hazırda bütün dünyanın gözlədiyi sazişlərə razı olmalıdır.

"The Times" Makron və Starmerin "Tramp planı"nı açıqladı
Diplomat əlavə edib ki, Aİ hələlik Avropa qoşunlarının Ukraynaya göndərilməsini ətraflı müzakirə etmir. Lakin təşkilat təhlükəsizlik təminatlarını nəzərdən keçirir.

Kallas Aİ-nin Ukraynaya yeni hərbi yardım paketi təqdim edəcəyini də açıqlayıb.

Siyasətçinin sözlərinə görə, hazırda paketə nələrin daxil ediləcəyi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə, ittifaq Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir.

“Biz Rusiyaya qarşı həm oyun konsollarına, həm də "kölgə donanması" ilə bağlı məhdudiyyətləri nəzərdə tutan 16-cı sanksiyalar paketini müzakirə edirik. Ümid edirəm ki, bunu qəbul edəcəyik”, - Kallas bildirib.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna     Sülh  





Xəbər lenti