
Bu studiyanı xüsusi edən nədir?
TikTok oflayn studiyası təkcə çəkilişlər üçün yer deyil, həm də ilham və yeniliklər mərkəzidir. Studiyanın əsas məqsədi TikTok yaradıcılarını daha keyfiyyətli və cəlbedici məzmun yaratmaqda dəstəkləməkdir. Məkan hər bir detalı düşünülərək tam təchiz olunub və burada iş üçün hər cür şərait yaradılıb. Studiya geniş zaldan və fərqli otaqlardan ibarətdir.
Bakıda ilk TikTok oflayn studiyasının açılması ölkədə rəqəmsal məzmunun inkişafı üçün əhəmiyyətli bir addımdır. Bu, yalnız yerli yaradıcıların inkişafına təkan vermir, həm də Azərbaycanı böyük yaradıcı potensiala malik bir region kimi tanıdır. Eyni zamanda, TikTok platforması ilə onun auditoriyası arasındakı əlaqəni möhkəmləndirir və yaradıcıların dünya səviyyəli məzmun yaratması üçün resurslar təmin edir.

KEQO MEDIA ilə inkişaf et
TikTok LİVE-ın Azərbaycanda rəsmi tərəfdaşı olan KEQO MEDIA TikTok platformasında maraqlı və keyfiyyətli məzmunun yaradılmasına, müəlliflərin məhz yerli agentliklərlə işləməsinə maraqlıdır və bütün yaradıcıları bu unikal iş və yaradıcılıq məkanından faydalanmağa dəvət edir. Əgər məzmununuz keyfiyyətli və əhəmiyyətlidirsə siz isə bunu yeni səviyyəyə çatdırmaq istəyirsinizsə, Bakıda TikTok studiyası bunun üçün ideal məkandır.
KEQO MEDİA agentliyi ilə çalışmaq istəyənlər www.keqomedia.com saytından ətraflı məlumat ala bilərlər.

AzVision.az