"Google"un keçmiş rəhbərinin əmlakına həbs qoyulub

"Google"un keçmiş rəhbərinin əmlakına həbs qoyulub
  04 Mart 2025    Oxunub:342
Moskva Arbitraj Məhkəməsi "Google"un Rusiyadakı keçmiş rəhbəri Yuliya Solovyovanın 232 milyon rubl dəyərində əmlakına həbs qoyub.
AzVision.az xəbər verir ki, bu barədə RAPSI məlumat yayıb.

"Google"un törəmə şirkətinin iflas üzrə müvəkkili Valeri Talyarovski Google İnternational MMC, Google MMC, Google Ireland Limited hüquqi şəxslərə qarşı iddia qaldırıb.

Talyarovski Yuliya Solovyova ilə yanaşı, keçmiş baş direktor Devid Munro Sneddon və şirkətin digər üç top-menecerinin də borclu kimi məsuliyyətə cəlb olunmasını tələb edir. İddiaçı iddia edir ki, əmlakın üzərinə həbs qoyulması müflisləşmə prosesi zamanı kreditorların maraqlarını qorumaq üçün kifayət ola bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti