Formula 1-ə görə paddok quraşdırılır

   Formula 1-ə görə paddok quraşdırılır
  06 Mart 2025    Oxunub:483
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bu barədə AzVision.az -a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025, 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti