Çin "DeepSeek"li televizorları işə salır

Çin "DeepSeek"li televizorları işə salır
  11 Mart 2025    Oxunub:787
TCL şirkəti müştərilərinin diqqətii çəkmək üçün süni intellektlə bağlı maraqlı addım atıb.
Çin şirkəti olan TCL diaqonalları 65-dən 98-ə qədər olan Q10L QD-Mini LED TV seriyasını elan edib.

"GizmoChina"nın yaydığı məlumata görə, adi funksiyalar və texnologiyalardan əlavə, yeni məhsullarda "DeepSeek" süni intellekti üçün də yer ayrılıb: "Yeni məhsulların nazik çərçivəli ZeroBorder dizaynı, həmçinin Pro modelində 6500 nit-ə qədər parlaqlığa malik QD-Mini LED ekranları olacaq".
TCL Q10L seriyası Çində 5999 yuandan başlayan qiymətə təklif olunur.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti