İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb
  14 Mart 2025    Oxunub:740
Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarən başlayıb.
AzVision.az xəbər verir ki, bu 2025-ci ilin tam Ay tutulmasıdır.

Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.

Bakı vaxtı ilə saat 07:57-də başlayan tutulma hadisəsi 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.
AzVision.az


Teqlər: Ay  





Xəbər lenti