Azərbaycanda 5 milyard manatdan çox vergi borcu ləğv edilib

   Azərbaycanda 5 milyard manatdan çox vergi borcu ləğv edilib
  14 Mart 2025    Oxunub:509
2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır.

Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə 561,8 min qısa mesaj göndərilib, 208,6 min telefon zəngi edilib.

Borcun dövlət büdcəsinə alınmasını təmin etnmək üçün borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılıb, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min ədəd qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun "İnzibati icra haqqında" qanunun 82-ci maddə.sinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,12 min qərar qəbul edilib, habelə 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aiddiyyəti istintaq orqanına göndərilib.

Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsi üçün vasitələrdən biri Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçiliğı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT), TADAT metodologiyasına əsasən vergi borclarının məbləği ve hərəkət göstəricisi indikatoru, büdcə ilinin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Belə ki, metodologiyaya əsasən bu nisbət göstəricisi 20 % -dən artıq olduğu halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə təşkil olunmamış kimi qiymətləndirilir. Respublika üzre 2024-cü ilin sonuna gözlənilən ümumi borc məbləğinin təqribən 3 milyon 120,4 min manat təşkil edəcəyi nəzərə alınmaqla həmin göstərici sözügedən metodologiyaya əsasən normadaxili göstərici kimi qəbul edilə bilər.

Eyni zamanda, 2023-cü ildə borcun məbləğində 18 % artım olduğu halda, hesabat ilində həmin göstərici 12,1 % təşkil edib.

Sosial sığorta haqları üzrə 1 yanvar 2024-cü ilə 150,3 min vergi ödəyicisinin 233,2 milyon manat, 1 yanvar 2025-ci ilə isə 155,2 min vergi ödəyicisinin 263,9 milyon manat borcu olub. Bu göstəricilər müvafiq olaraq İşsizlikdən sığorta haqları üzrə 5,5 milyon manat (26,9 min vergi ödəyicisi) ve 6,7 milyon manat (31,5 min vergi ödəyicisi), İcbari tibbi siğorta haqları üzrə isə 15,3 milyon manat (57,7 min vergi ödəyicisi) və 26,2 milyon manat (67,3 min vergi ödəyicisi) taşkil edib.
AzVision.az



Teqlər:





Xəbər lenti