Amerikalı astronavtlar nəhayət Yerə qayıdırlar - VİDEO

   Amerikalı astronavtlar nəhayət Yerə qayıdırlar  - VİDEO
  18 Mart 2025    Oxunub:535
“Boeing Starliner” kosmik gəmisində yaranan texniki problem səbəbindən doqquz aydır ki, Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı şəraitdə qalan NASA-nın (ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyi) astronavtları yenidən Yerə uçublar.
AzVision.az NASA-nın mətbuat xidmətinin “X” sosila şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Amerikalı NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, habelə rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu “SpaceX Crew-9” kosmik gəmisi BKS-dən uğurla ayrılıb.

“”Crew-9” missiyasının heyəti Yerə qayıtmağa başlayıb”, - NASA-nın açıqlamasında deyilir.

Xatırladaq ki, amerikalı astronavtlar Uilmor və Uilyams BKS-ə 5 iyun 2024-cü ildə gəliblər və onların Yerə qayıtması həmin ilin 14 iyununa planlaşdırılıb. Lakin helium sızması və “Boeing Starliner” kosmik gəmisində dörd mühərrikin sıradan çıxması səbəbindən missiya altı aydan çox davam edib. Rusiya kosmonavtı Qorbunov və astronavt Heyq isə 2024-cü ilin sentyabrında orbitə çıxıblar.

Ötən ilin payızında Uilyamsın əhəmiyyətli dərəcədə arıqlaması ilə bağlı ortaya çıxan məlumatlar mütəxəssislərin narahatlığına səbəb oldu. NASA rəsmi şəkildə bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geri dönməyi tələb etmir.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NASA   astronavtlar   qayıdış  





Xəbər lenti