Şərqi Zəngəzurun turizm potensialına dair yeni layihə hazırlanır

Şərqi Zəngəzurun turizm potensialına dair yeni layihə hazırlanır
  24 Mart 2025    Oxunub:953
Şərqi Zəngəzur iqtisadi rayonunun iqtisadi potensialından istifadə edilməsi üçün yeni layihə hazırlanır.
AzVision.az Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, bunu qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın sədri Ruslan Quliyev bildirib.

O, ölkəmizin turizm imkanlarını xaricdə tanıtmaq üçün görülən işlər və bu il iştirak edəcəkləri dörd beynəlxalq tədbir haqqında fikirlərini bölüşüb.

Müzakirələr Komissiyanın növbəti iclasında baş tutub. İclasda Komissiyanın yeni nizamnaməsi, sektorda kadrların hazırlanması ilə bağlı məlumat verilib, xüsusən Komissiyanın xətti ilə 12 ixtisas üzrə Sumqayıtda Turan Qastroturizm Akademiyasının yaradıldığı qeyd edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti