"Brent" markalı neftin qiyməti 73 dolları ötüb

"Brent" markalı neftin qiyməti 73 dolları ötüb
  24 Mart 2025    Oxunub:979
"Brent" markalı neftin Londonun "ICE" birjasında 2025-ci ilin mayında fyuçerslərinin qiyməti 2025-ci il martın 3-dən bəri ilk dəfə bir barel üçün 73 dolları ötüb.
AzVision.az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.

Bakı vaxtı ilə saat 19:35-ə olan birja məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 1,22 faiz bahalaşaraq 73,04 dollar/barelə bərabər olub.

Saat 19:50-də "Brent" markalı neftin fyuçersləri artım tempini bir qədər azaldıb və 73,03 dollar (+1,21%) səviyyəsində ticarət edilib. Eyni zamanda, "WTI" markalı neftin may fyuçersləri 1,32 faiz bahalaşaraq bir barel üçün 69,18 dollar olub.

AzVision.az



Teqlər:





Xəbər lenti