Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi artıb

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya Yunanıstan və İspaniya ilə formalaşıb. Belə ki,
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 278,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 2 milyard 204,9 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 73,5 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 24,6%, ixrac 24,6%, idxal isə 24,9% çoxdur.
Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 485,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 285 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 200,4 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,8 dəfə, ixrac 5 dəfə, idxal isə 1,7 dəfə artıb.
Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 234,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 224,5 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 10,4 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,5 dəfə, ixrac 2,7 dəfə, idxal isə 15% artıb.
Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 139,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 127 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 12,7 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 1,5 dəfə, ixrac 1,6 dəfə, idxal isə 43% artıb.
Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 20,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 0,6 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 19,7 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 64,2%, ixrac 69,3 dəfə azalıb, idxal isə 24,1% çoxdur.
AzVision.az
Teqlər: ticarət