Qadınlardan ibarət Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti bəlli olub

Qadınlardan ibarət Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti bəlli olub
  28 Mart 2025    Oxunub:682
Qadınlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litvaya və Monteneqroya qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.
AzVision.az xəbər verir ki, komanda martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.

Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını təqdim edirik:

Aytac Şərifova - "Hakkarigücü" (Türkiyə)

Nərgiz Əliyeva - "Fatih Vətən" (Türkiyə)

Günay İsmayılova - "Neftçi"

Nigar Mirzəliyeva - "Zenit" (Rusiya)

Manə Mollayeva - "Neftçi"

Fidan Cəfərova - "Neftçi"

Yeliz Acar - "Fatih Vətən" (Türkiyə)

Kamilla Məmmədova - "Dirçəliş"

Firəngiz Teymurova - "Neftçi"

Jalə Məhsimova - "Amedspor" (Türkiyə)

Peritan Bozdağ - "Fatih Vətən" (Türkiyə)

Nazlıcan Parlak - "Qalatasaray" (Türkiyə)

Coşqunə Əliyeva - "Neftçi"

Sevinc Cəfərzadə - "Krasnodar" (Rusiya)

Ayşən Əhmədova - "Ünyespor" (Türkiyə)

Alina Dorofeyeva - "Rubin" (Rusiya)

Diana Məmmədova - "Rubin" (Rusiya)

Ayşən Salamzadə - "Neftçi"

Xanım Əsədova - "Neftçi"

Sona Rəhimova - "Neftçi"

Aysun Muradova - "Gölbaşı Belediye Spor" ( Türkiyə)

Esra Manya - "Fatih Vətən" (Türkiyə)

Alina Nəhmədova - "Neftçi".

AzVision.az



Teqlər:





Xəbər lenti