ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

   ANAMA-nın əməkdaşı  Cəbrayılda minaya düşüb
  06 Aprel 2025    Oxunub:684
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən xəbərə görə, Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

AzVision.az


Teqlər:





Xəbər lenti