Mədəniyyət günlərinin Heydər Əliyev Mərkəzində təşkil olunan açılış tədbirində iki ölkənin mədəniyyət nazirləri, Milli Məclisin üzvləri, səfirlər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikası və Qətər Dövləti arasında əməkdaşlıq münasibətləri barədə məlumat verilib, mədəniyyətin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rolu vurğulanıb.
Sonra geniş konsert proqramı təqdim olunub. Qətərli musiqiçilərin və xor kollektivinin ifasında səsləndirilən nəğmələr alqışlarla qarşılanıb.
Bildirək ki, Qətər Mədəniyyəti Günləri aprelin 13-dək davam edəcək. Tədbir çərçivəsində Dənizkənarı Milli Parkda qurulmuş pavilyonlarda qətərli musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq.
2024-cü ilin fevral ayında Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri də dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.