AFFA şikayəti təmin etmədi

AFFA şikayəti təmin etmədi
  11 Aprel 2025    Oxunub:807
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.
AzVision.az assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev “Ağdaş”la oyun bitdikdən sonra hakimi təhqir etmişdi. Klub rəsmisi 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, II Liqa təmsilçisi isə 400 AZN məbləğində cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.


Teqlər: Futbol  





Xəbər lenti