Gimnaziada: Azərbaycan təmsilçiləri 5 idman növündə mübarizə aparacaqlar

   Gimnaziada:    Azərbaycan təmsilçiləri 5 idman növündə mübarizə aparacaqlar
  12 Aprel 2025    Oxunub:444
Bu gün Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarına yekun vurulacaq.
AzVision.az xəbər verir ki, yarışın son günündə Azərbaycan idmançıları da güclərini sınayacaqlar.

Təmsilçilərimiz çimərlik voleybolu, kamandan oxatma, cüdo, stolüstü tennis və boksda mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, yarışların bağlanış mərasimi bu gün baş tutacaq.
AzVision.az



Teqlər: Gimnaziada   Azərbaycan  





Xəbər lenti